8 dekabr 2010 02:33
Wikileaks`in iddiası: Qəbələ - kiçik Chelsea`dir
ABŞ-ın Wikileaks saytı Azərbaycanda çalışan amerikalı diplomatlar tərəfindən ABŞ Dövlət Departamenti üçün ənənəvi olaraq hazırlanan hesabatını dərc edib. Azerisport.az xəbər verir ki, hesabatda futbola da yer tapılıb. Daha doğrusu Qəbələ futbol klubuna.
Amerikalı diplomat öz hesabatında yazır: “Bu, London Chealsea`sinin miniatürünü yaratmağa cəhddir. Qəbələ - Avropa, Latın Amerikası və Afrikadan Mərkəzi Azərbaycan üçün pul ilə əldə edilməsi mümkün ola biləcək oyunçulardan ibarət, BMT-nin virtual yığmasıdır”.
