8 dekabr 2010 16:01
“Lyuba Baranin kimi futbolçu bizim milli komandaya lazımdır”
Neftçi İSM klubunun baş məşqçisi Elçin Dərgahquliyev bu gün keçirilən Qəbələ ilə ölkə kubokunun oyunu haqda fikirlərini səsləndirib. Azerisport.az xəbər verir ki, 2 cavabsız qolla məğlub olan bakılıların çalışdırıcısı bunları dilə gətirib:
“Qəbələ klubunu təbrik edirəm. Çox gözəl oyun oldu. Qol imkanlarımız oldu, lakin istifadə edə bilmədik. Fikrimcə bizim qədər Qəbələ`nin qapısı qarşısında qol epizodları yaradan komanda olmayıb. Lyuba Baranin kimi futbolçu bizim milli komandaya lazımdır”.
