8 dekabr 2010 15:56
Toni Adams: Rəqibin qol imkanları olsa da, biz yararandıq
Qəbələ klubunun baş məşqçisi Toni Adams bu gün keçirilən Neftçi İSM ilə kubok oyunu haqda fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, 2:0 hesablı qələbə sayəsində növbəti mərhələyə yüksələn qəbələlilərin çalışdırıcısı matçdan sonra bunları dilə gətirib:
“Kubok oyunu həmişə çətin olur. Neftçi İSM komandasının qol imkanları olsa da, istifadə edə bilmədilər. Biz isə imkanlardan yararlandıq, qolları vurub qalib gəldik. Gələcək oyunlara hazırlaşacağıq”.
