8 dekabr 2010 16:14
Arif Əsədov: XL-la erkən finalı gözləyirik
Neftçi`nin baş məşqçisi Arif Əsədov bu gün keçirilən Gəncə ilə kubokun 1/8 final mərhələsinin oyunu haqda fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 3:1 hesablı qələbə qazandıqları matçdan sonra bunları dilə gətirib:
“Gəncə öz meydanında oynayırdı və biz bilirdik ki, rəqib kifayət qədər aqressiv oyuna üstünlük verəcək. Bizə səmərə gətirən taktikanı qurduq və qələbə qazandıq. İndi erkən finalı – Xəzər Lənkəran`la oyunu gözləyirik. Ancaq bu oyun haqda danışmaq hələ çox tezdir. Hələ bu görüş haqda düşünməkçün çox vaxt var”.
