8 dekabr 2010 16:19
Fuad İsmayılov: Çox zəif oynadıq
Gəncə`nin baş məşqçisi Fuad İsmayılov bu gün keçirilən Neftçi ilə kubokun 1/8 final mərhələsinin oyunu haqda fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, paytaxt klubuna doğma meydanda 1:3 hesabıyla uduzduqları matçdan sonra gəncəlilərin çalışdırıcısı bunları dilə gətirib:
“Çox zəif oynadıq. Heç bunun səbəbini özüm də bilmirəm. Komandamız qətiyyən özünə oxşamırdı”.
