8 dekabr 2010 17:26
Füzuli Musayev: AZAL-ın təcrübəsi öz sözünü dedi
Rəvan klubunun məşqçisi Füzuli Musayev bu gün keçirilən AZAL ilə ölkə kubokunun 1/8 final mərhələsinin oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, çalışdırıcı komandasının 1:2 hesablı yenilgisinə belə münasibət bildirib:
“Bu gün futbolçularımız onlara verilən tapşırığı 90 faiz yerinə yetirdilər. Meydançanın hər qarışı uğrunda mübarizə apardılar. Sözsüz ki, bugünkü oyunda AZAL komandasının təcrübəsi öz sözünü dedi. AZAL komandasına Premyer Liqada uğurlar arzu edirik”.
