8 dekabr 2010 17:38
Haciyevski birinci divizion klubuna yenilginin səbəblərini açıqladı
Simurq klubunun baş məşqçisi Qyoko Haciyevski bu gün keçirilən Abşeron`la kubok oyunu haqda fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, doğma meydanda birinci divizion təmsilçisinə penaltilərlə uduzan Zaqatala klubunun çalışdırıcısı yenilgini belə izah edib:
“Bu gün komandam çox yorğun idi. Bakı ilə oyunda çoxlu güc sərf etmişdik. Demək olar ki, dincəlməyə vaxtımız olmadı. Komandamın bir neçə qol epizodu oldu, təəssüf ki, istifadə edə bilmədik. Bu da yorğunluqdan irəli gəlir. Bəzi oyunçularımın olmaması da bugünkü oyunumuza təsirsiz otüşmədi. Ona görə də, bu oyuna çox ciddi hazırlaşmışdıq. Abşeron komandasını həm kubok, həm də birinci divizion yarışlarında uğurlu çıxışı münasibəti ilə təbrik edirəm”.
