8 dekabr 2010 17:42
Mirbağır İsayev: Bizim komandada istək var idi
Abşeron klubunun baş məşqçisi Mirbağır İsayev bu gün keçirilən Simurq`la kubok oyunu haqda fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, yüksək liqa təmsilçisi üzərində qələbə qazanan birinci divizion təmsilçisinin çalışdırıcısı oyun haqda bunları dilə gətirib:
“Bugünkü oyunun çox ağır keçəcəyini əvvəlcədən bilirdik. Çünki, Simirq komandasının Haciyevski kimi futbolu əla bilən baş məşqçisi var. Haciyevski olan komanda həmişə möhtəşəm futbol numayiş etdirir. Bizim komandada istək var idi. Çox istəyirdik ki, mərhələni adlayaq və buna da nail olduq”.
