8 dekabr 2010 18:21
“Biz bugünkü oyunda Xəzər Lənkərandan öyrənməyə gəlmişdik”
MKT-Araz klubunun baş məşqçisi Xalıq Mustafayev bu gün keçirilən ölkə kubokunun Xəzər Lənkəran`la oyunu haqda fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, İmişli təmsilçisinin çalışdırıcısı cənub klubuna 1:3 hesablı yenilgi haqda bunları dilə gətirib:
“Xəzər Lənkəran`ı bugünkü oyuna və qələbəyə görə təbrik edirəm. Futbolçularımdan razı qaldım, öz komandamla fəxr edirəm. Bu gün Xəzər Lənkəran kimi komanda ilə qarşılaşdıq. İstərdim ki, Xəzər Lənkəran bu mövsüm çempion olsun. Biz bugünkü oyunda rəqibimizdən öyrənməyə gəlmişdik”.
