8 dekabr 2010 18:38
Bəhmən Həsənov: Komandamın bugünkü oyunundan razı qaldım
Muğan`ın məşqçisi Bəhmən Həsənov bu gün keçirilən ölkə kubokunun 1/8 final mərhələsinin Bakı ilə oyunu haqda fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, qələbəni əldən verən və kubokdan kənar qalan Salyan təmsilçisinin çalışdırıcısı oyundan sonra bunları dilə gətirib:
“Bu gün azarkeşlər möhtəşəm bir oyun izlədi. Komandam çox gözəl oynadı. Oyun heç-heçə nəticələndi və penalti vuruşlarında məğlub olduq. Mən komandamın bugünkü oyunundan razı qaldım, futbolçularım çox gözəl oyun göstərdi. Biz Premyer Liqanın növbəti oyunlarına köklənməliyik, irəli baxmalıyıq. Bakı klubunu qələbə münasibəti ilə təbrik edirəm”.
