8 dekabr 2010 18:46
Vinfrid Şefer: Muğan bu gün çox yaxşı mübarizə apardı
Bakı`nın baş məşqçisi Vinfrid Şefer bu gün baş tutan Muğan`la ölkə kubokunun 1/8 final mərhələsinin görüşünə dair düşüncələrini paylaşıb. Azerisport.az xəbər verir ki, paytaxt klubunun almaniyalı çalışdırıcısı çətinliklə qələbə qazandıqları görüşdən sonra bunları söyləyib:
“Muğan bu gün çox yaxşı mübarizə apardı. Mən bu komandanın Xəzər Lənkaran ilə oyununu da izləmişdim. O oyunda da salyanlılar çox xoş təsir bağışlamışdı. Bizə qarşı belə gözəl oyun sərgilədiyinə görə Muğan klubunu təbrik etmək istəyirəm. Bugünku oyunda qələbə qazanmağımız bizi sevindirir, bundan sonrakı oyunlara hazırlaşacağıq”.
