8 dekabr 2010 18:52
Nadir Qasımov: İki aydan sonra Şuşa tamam fərqli komanda olacaq
Bu gün baş tutan ölkə kubokunun 1/8 final mərhələsinin son oyunundan – Şuşa – İnter görüşündən sonra baş məşqçilər matçla bağlı fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, İnter`in baş məşqçisi Kaxaber Sxadadze bunları vurğulayıb: “Bu gün komandamdan razı qaldım. Ən əsas da gənc futbolçuları meydana buraxmışdıq, onların oyunu məni razı saldı. Ola bilsin ki, gələcəkdə yenə də gənc futbolçulardan istifadə etdik. Şuşa yeni və gənc komandadır, onlara uğurlar arzulayıram”.
Şuşa`nın baş məşqçisi Nadir Qasımov isə bunları qeyd edib: “Çox güclü komanda ilə qarşılaşdıq, İnter bizə futbol dərsi keçdi. Komandamız bir neçə ay ərzində yığılıb, demək olar ki, hamısı yerli uşaqlardır. İki aydan sonra Şuşa tamam fərqli komanda olacaq, heyətimizə yeni futbolçular qatacağıq. Hər bir komanda ilə istədiyimiz səviyyədə mübarizə aparacağıq”.
