8 dekabr 2010 23:32
Elnur Məmmədli də Neftçi`yə dəstək oldu
Olimpiya çempionu Elnur Məmmədli Neftçi`yə dəstək nümayiş etdirib. Azerisport.az xəbər verir ki, klubun rəsmi saytına açıqlama verən idmançımız bunları bildirib:
“Sadıq Sadıqovun Neftçi İdman-Sağlamlıq Mərkəzində, ardınca isə Neftçi Peşəkar Futbol Klubunda öz bacarığı və böyük səyi nəticəsində qazandığı ardıcıl uğur, sanki müəyyən qüvvələri narahat etməyə başlayıb. Belə olmasaydı, Neftçi`nin Premyer Liqadakı parlaq çıxışına daha çox yer ayırardılar. İnanıram ki, klubun futbolçuları belə mənasız, heç bir məntiqə sığmayan yazılara əhəmiyyət vermədən öz gözəl oyunlarını bir qədər də təkmilləşdirərək, qələbələri sıralayacaqlar. Biz Neftçi`lər də onları daim dəstəkləyəcək və böyük nailiyyətlər qazanmaları üçün əlimizdən gələni əsirgəməyəcəyik”.
