9 dekabr 2010 00:01
Qarabağ: Boulinq zalından Zaqatalaya (FOTOLAR)
Qarabağ ölkə kubokunda Turan`la oyundakı məğlubiyyəti unutmaq və artıq çempionata konsentrasiya olmaq üçün çıxış yolu tapıb. Azerisport.az xəbər verir ki, Ağdam klubu boulinq zalına yollanıb.
Simurq`la oyundan öncə baş tutan bu tədbir futbolçuları çempionata köklənmək və bir ruha sahib olmaq məqsədi üçün edilib. Futbolçular arasında keçirilən turnirin qalibi Maksim Medvedev olub. Günü birlikdə keçirən komanda bu gün səhər Simurq`la oyun üçün Zaqatalaya yola düşəcək.
