8 dekabr 2010 12:27
“Bu, ümumiyyətlə son həftələrdə Qarabağ`ın ən böyük problemidir”
Turan`ın baş məşqçisi Revaz Dzodzuaşvili dünən keçirilən Qarabağ`la ölkə kubokunun 1/4 final mərhələsindəki sensasion oyundan sonra azerisport.az saytının suallarını cavablayıb. Təcrübəli gürcü mütəxəssis öz komandasından, eləcə də Ağdam klubunun problemlərindən danışıb.
- Belə qələbədən sonra necə hisslər keçirirsiz?
Əla! Biz Qarabağ`a göstərə bildik ki, rəqibə yuxarıdan aşağı baxmaq olmaz.
- Siz necə münasibət gördünüz ki?
- Bu, ümumiyyətlə son həftələrdə Qarabağ`ın ən böyük problemidir. Bax indi də onlar düşünürdülər ki, bizi tək ayaqla udacaqlar. Çempionatda biz autsayderik. Ancaq kubokda hər şeyi bir oyun həll edir. Onlar bizə qarşı özlərində müəyyən bir sədd hazırlamışdılar ki, buna görə də məğlub oldular.
- Deməli, sözlərinizdən belə başa düşmək olar ki, komandanız rəqibi penaltilərlə yox, 90 dəqiqənin yekununa əsasən məğlub etmişdi?
- Gizlətmirəm ki, bəxt də bizim tərəfimizdə idi. Məni qapıçımız Kamal Bayramov çox sevindirdi. O, bu gün bütün üstünlüklərini nümayiş etdirdi. Ancaq digər tərəfdən biz hər şeyin bu qədər çətin olacağını da bilirdik. Qarabağ`ın hücumlarının qarşısını almaq çox güc tələb edirdi. Ona görə əlavə vaxtda artıq gücümüz tükənmişdi.
- Və siz qərar verdiniz ki, lotoreyalara qalasız?
- Mən başa düşürdüm ki, qapıçı bu matçın qəhrəmanı ola bilər. Elə komandada da bir neçə futbolçu var ki, yaxşı penalti vuran hesab olunurdu.
- Bəs bu penalti zərbələrinə hazırlaşmışdınızmı?
- Hər məşq prosesində 15 dəqiqə buna vaxt ayırırıq.
- Oyundan sonra komandanızın üzvlərinə nə söylədiniz?
- Mən ilk növbədə qapıçımızın yanına getdim və ona “sağ ol” söylədim. O, həmişə öz səhvləri üzərində işləyir. Bax bu da həmin əziyyətin bəhrəsidi.
- 1/4 finalda kiminlə qarşılaşmaq istərdiniz – Rəvan`la yoxsa AZAL ilə?
- Əlbəttə, bizə Rəvan`la qarşılaşmaq daha asan olardı. Ancaq düşünürəm ki, AZAL buna imkan verməyəcək. İstənilən halda həmin oyuna kimi kifayət qədər vaxtımız var və ciddi hazırlaşacağıq. Yəqin ki, heyətimizdə də dəyişikliklər olacaq.
