8 dekabr 2010 12:46
Rəşad Sadıqov 24 illik həsrətə son qoymaq vəzifəsi ilə üz-üzə
Millimizin kapitanı Rəşad Sadıqovun çıxış etdiyi Türkiyənin Eskişehirspor klubu çətin vəzifə ilə üz-üzə qalıb. Azerisport.az qardaş ölkə mətbuatına istinadən xəbər verir ki, Eskişehir təmsilçisi düz 24 ildir Beşiktaş`dan xal ala bilmir.
Superliqanın növbəti turunda məhz bu iddialı rəqiblə qarşılaşacaq həmyerlimizin komandası bu sindroma son qoymalıdır. Eskişehirspor, Superliqa tarixində 48 dəfə qarşılaşdığı Beşiktaş`ı ən son 1981-ci ildə 1:0 yenə bilib. Təxminən 30 ildir bu rəqibindən 3 xal ala bilməyən komanda son dəfə “qara qartal”dan 1986-cı ildə qolsuz bərabərliyə qaldığı qarşılaşmada xal alıb.
Qeyd edək ki, bu komandalar arasındakı növbəti qarşılaşma dekabrın 10-da baş tutacaq. Lakin oyunun Eskişehirdə keçirilməsi meydan sahiblərini ümidləndirib. Millimizin üzvünün həmin matçda iştirakı isə yalnız baş məşqçi Bülənt Uyğundan asılıdır.
