9 dekabr 2010 13:06
Zenit Azərbaycan çempionuna yol açır
Gələn il yanvar ayının 14-dən 23-dək Sankt-Peterburqda keçiriləcək növbəti Birlik Kubokunun iştirakçılarından olan Rusiya çempionu Zenit bu turnirə əsas heyətlə qatılmayacaq. Azerisport.az xəbər verir ki, bu haqda Zenit`in əvəzedici heyətinin baş məşqçisi Anatoli Davıdov məlumat verib:
“Birlik kuboku bizim üçün mövsümə hazırlığın bir mərhələsi olacaq. İştirak ərizəmizi reqlamentə uyğun olaraq, yanvarın 5-nə kimi müəyyənləşdirməliyik. Bunun üçün indiki heyətdə yer alan futbolçulardan kimin komandada qalıb, kimin əsas heyətə cəlb olunacağını, kimin isə icarəyə verilib, yaxud digər klub tərəfindən alınacağını aydınlaşdırmaq lazımdır”.
Qeyd edək ki, növbəti Birlik Kubokunda ölkəmizi son çempion İnter təmsil edəcək.
