9 dekabr 2010 13:37
Qarabağ Rəşadla Abbasovu Zaqatalaya aparmadı
Qarabağ Premyer Liqanın növbəti turunda qarşılaşacağı Simurq`la oyun üçün Zaqatalaya yola düşüb. Azerisport.az xəbər verir ki, Ağdam təmsilçisi bu gün səhər günün tək çalışmasını edib.
Şəfa stadionunun mərkəzi meydanında baş tutan çalışma 10:00-da start götürüb və 90 dəqiqə davam edib. Bazada nahar edən Qurban Qurbanovun yetirmələri ardınca Zaqatalaya yola düşüb. Lakin Qarabağ Zaqatalya tam heyətlə yollanmayıb. Tam hazır olmayan Əfran İsmayılov, Ayxan Abbasov və Rəşad Kərimov Simurq`la oyuna aparılmayıb. Qara Qarayev, Murad Səttarlı, Tural İsgəndərov və Osman Umarov isə U-21-in düşərgəsinə yollanıb.
Xatırladaq ki, Simurq - Qarabağ oyunu dekabrın 11-də saat 14:00-da keçiriləcək.
