9 dekabr 2010 13:41
Neboyşa Manoyloviç: Neftçi`nin qapısı əmin əllərdədir
Neftçi`nin qapıçılarla işləyən məşqçisi Neboyşa Manoyloviç klubun rəsmi saytına açıqlama verib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun şərəfini qoruyan qapıçıların durumu haqda danışan mütəxəssis onlardan razılığını dilə gətirib:
“Mən komandamızın qapıçılarının çalışmasından çox razıyam. Düzdür, hazırda əməliyyat olunan Paulius Qribauskas məşqlərə qatılmır. Rauf Mehdiyevlə gənc Elçin Sadıqov bütün səylərini ortaya qoyurlar. Sizi inandırım ki, Raufun məşqlərdə necə can qoyduğunu görsəniz, heyrətə gələrsiniz. Gənc Elçin də çox perspektivli qapıçıdır. Düşünürəm ki, o gələcəkdə öz sözünü deyəcək. Son oyunlara gəldikdə isə Rauf Mehdiyev qapını qoruduğu görüşlərdə xarakter nümayiş etdirir. Raufun oyunu gənc azərbaycanlı qolkiperlərə örnək olmalıdır. Bu qapıçılarda ən müsbət xüsusiyyətlərdən biridir. Bir sözlə, Neftçi`nin qapısı əmin əllərdədir”.
