9 dekabr 2010 13:53

“Oyunun taleyi penaltilər seriyasına qalanda biz qalib gələcəyimizə əmin idik”

Turan`ın müdafiəçisi Hüseyn İsgəndərov klubun rəsmi saytına müsahibə verib. Azerisport.az xəbər verir ki, srağagün keçirilən ölkə kubokunun Qarabağ`la oyununda doğum günün qeyd edən futbolçu keçmiş komandasına qarşı forma geyməsindən, sensasion qələbələrindən və hazırkı durumlarından danışıb
 
- Qarabağ`ı kubokdan kənarlaşdıra bildiz. Komanda yoldaşların doğum günün olduğu üçün bu qələbəni sənə həsr etdiklərini bildirilər…
 - Komanda yoldaşlarıma bu hədiyyəyə görə çox sağol deyirəm. Sona qədər layiqli mübarizə apardılar. Biz elə taktika seçmişdik ki, müdafiədə diqqətli olub, əks hücumlarda rəqibi cəzalandırmalı idik. Qarabağ`ın qol imkanları çox oldu. Amma həmin gün idman xoşbəxtliyi bizim tərəfimizdə idi. Oyunun taleyi penaltilər seriyasına qalanda biz qalib gələcəyimizə əmin idik. Çünki Kamal Bayramov oyunboyu hazır olduğunu göstərmişdi. Fərhad Vəliyev isə demək olar ki, əziyyət çəkmədən oyunu başa vurmuşdu.
 
- Qarabağ`la keçirilən çempionat oyununda zəif çıxış etmişdin. Bu da dedi-qoduya səbəb olmuşdu…
- Məni məşqçi öz mövqeyimdə deyil, sol cinahda oynatdı. Bu futboldur. Həmişə eyni səviyyədə oynamaq mümkün deyil. Qarabağ da mənim üçün doğma klubdur. İstəyirəm ki, bu komanda ilə oyunda özümü sübut edim.
 
- Turan Premyer Liqada arzulanan mövqedə qərarlaşmayıb…
- Bu mövsüm ilk “altılığ”a düşə bilməsək də, ümid edirəm ki, qış fasiləsində komanda daha da güclənəcək və mümkün qədər üst sıralarda qərarlaşacaq. Kubok yarışlarında da mübarizəmizi davam etdirəcəyik.
 
- Futbolumuzun hazırdki durumu haqda nə deyə bilərsən?
- Legioner limiti azaldılsa, bizimkilər də oynaya bilərlər. “Altılıq”da mübarizə aparan komandaların heyətinə baxsaq milliləşənləri də nəzərə almaqla, oradakı futbolçuların demək olar ki, hamısı gəlmələrdir. Bu düzgün deyil. Öz futbolçularımız onlardan da yaxşı oynayırlar. Bunu Qarabağ`ın Avroliqadakı oyunları da sübut etdi. Turan`ın heyəti də yerli gənclərdən təşkil olunub. Artıq bu heyətlə komanda kubokda da özünü göstərə bilib. Bir daha vurğulamaq istəyirəm ki, yerlilər heç kimdən zəif deyillər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.