9 dekabr 2010 14:12
Bakı`nın da qış hazırlıq planları müəyyənləşdi
Son ölkə kubokunun sahibi Bakı`nın qış hazırlıq planları müəyyənləşib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisi Premyer Liqanın ikinci dövrəsində Türkiyənin Belek bölgəsində hazırlaşacaq. Vinfrid Şeferin yetirmələrinin yanvarın 15-dən fevralın 4-nə kimi qardaş ölkədə təlim-məşq toplanışı keçməsi nəzərdə tutulub. Paytaxt klubu Belekdə 3 yoldaşlıq matçında qüvvəsini sınayacaq. Lakin hələlik həmin rəqiblərin kimliyi bəlli deyil.
