9 dekabr 2010 14:37
Bəxtiyar Soltanov qışda Bakı`dan ayrıla bilər
Bakı futbol klubunun hücumçusu Bəxtiyar Soltanov “zolaqlılar”la yollarını ayıra bilər. Azerisport.az xəbər verir ki, baş məşqçi Vinfrid Şeferlə münasibətləri korlanandan sonra əvəzedici heyətə göndərilən gənc futbolçu hələ də əsas komandaya qaytarılmayıb.
Bəxtiyar özü isə bu durumdan narazıdı. Məhz bu üzdən onun ilin sonunda klub rəhbərliyi ilə görüşüb, ayrılmaq istəyini müzakirə edəcək.
