9 dekabr 2010 15:15
Mirça Rednik: Gəncədəki məğlubiyyəti unutmamışıq
Xəzər Lənkəran`ın baş məşqçisi Mirça Rednik qarşıdakı turun Gəncə ilə oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında rumıniyalı mütəxəssis bunları bildirib:
“Biz hələ Gəncə`dən aldığımız birinci dövrədəki məğlubiyyəti unutmamışıq. Buna görə də ancaq və ancaq revanş almaq haqda düşünürük. Çox çətin qarşılaşma olsa da, yalnız 3 xal qazanmaq haqda düşünürük”.
