9 dekabr 2010 15:43

Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş turnir başladı (FOTOLAR)

Bu gün Azərbaycan Texniki Universitetinin idman zalında AFFA ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr etdiyi mini-futbol turnirinin açılış mərasimi olub.
 
Azerisport.az xəbər verir ki, tədbirdə iştirak edən AFFA-nın baş katibi Elxan Məmmədov, Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin sədri Novruzəli Orucov, Azərbaycan Texniki Universitetinin tərbiyəvi işlər üzrə prorektoru İsa Xəlilov və ATGTİ-nın sədri Şahin İsmayılov çıxış edərək “Milli Qəhrəmanlarımızı tanıyaq və tanıdaq” layihəsi çərçivəsində təşkil olunan turnirin Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canlarından keçmiş şəhidlərin xatirəsini yad etmək, onları gənclərə tanıtmaq baxımından əhəmiyyətindən danışıblar.
 
Qeyd edək ki, ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən yarışda 24 komanda iştirak edir. İlk oyunda Azərbaycan Texniki Universitetinin və Xəzər Universitetinin komandaları qarşılaşıb. Qarşılaşma Texniki Universitetin 6:0 hesablı qələbəsi ilə başa çatıb.
 
Fotolar AFFA-nındır

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.