9 dekabr 2010 16:12
Premyer Liqa klubunda yeni baş məşqçinin kimliyi müəyyənləşdi
İngiltərə Premyer Liqasında mübarizə aparan Newcastle rəhbərliyi komandanın sükanı arxasına yeni baş məşqçi axtarışlarını yekunlaşdırıb. Azerisport.az xəbər verir ki, klub başbilənləri Alan Pardeu ilə razılığa gələrək, onunla 5 illik müqaviləyə imza atıb.
Qeyd edək ki, Pardeu bir neçə gün öncə istefaya göndərilən Kris Hurtqonu əvəzləyib. Onun qarşısına hazırda cəmi 19 xal toplaya bilmiş komandanı daha da yüksək yerlərə qaldırmaqdır.
