9 dekabr 2010 16:31
Qitə futbol qurumundan AFFA-ya daha bir etimad
İndiyə qədər Azərbaycanda dəfələrlə UEFA-nın C, B, A kateqoriyalı kursları təşkil olunub və Avropa futbol qurumunun Təhsil Komitəsi tərəfindən bu kurslar yüksək qiymətləndirilib. Azerisport.az xəbər verir ki, bu ayın əvvəlində UEFA-nın Təhsil Komitəsinin üzvü Daniel Rayser Bakıda səfərdə olub və AFFA tərəfindən təşkil olunan məşqçi kursları barədə məlumat əldə edərək ölkəmizdə Pro kateqoriyalı kursların təşkili ilə bağlı hesabat hazırlayıb.
Hesabatda AFFA-nın Pro kateqoriyalı kursları təşkil etməyə hazır olması ilə bağlı müsbət fikirlər yer alıb və 2011-ci ilin əvvəlində UEFA-nın Təhsil Komitəsinin Azərbaycanda Pro kateqoriyalı məşqçi kurslarının keçirilməsi barədə qərar verəcəyi gözlənilir.
