9 dekabr 2010 16:41

Allan Lalin: Niyə də biz “qızıl dubl” etməyək?

Xəzər Lənkəran`ın honduraslı hücumçusu Allan Lalin komandasının hazırkı durumu və şanslarını dəyərləndirib. Azerisport.az saytına müsahibəsində sonuncu kubok oyunu haqda da danışan legioner hücumçu rəqiblərini belə dəyərləndirib:
 
- Azərbaycan kubokunun 1/8 finalında Xəzər Lənkəran MTK-Araz`ı ciddi çətinlik çəkmədən üstələdi. Rəqibin zəif olduğunu demək olar?
- MKT-Araz pis komanda deyil. Qapımıza qol vurmaqla bunu sübut etdilər. MKT-Araz`ın futbolçuları bizim səhvlərimizi gözləmirdilər. Onlar hücum edir, vəziyyətlər yaradırdılar. Gizlətmirəm ki, çox qol vurmaq istəyirdik. Əsas odur ki, futbol oynayırdıq və azarkeşlər oyundan zövq alırdılar.
 
- 1/4 finalda kimlə qarşılaşacağınızı bilirsiniz?
- Ancaq bu gün bilmişəm ki, Neftçi ilə qarşılaşacağıq. Bu, demək olar ki, finaldır.
 
- Belə erkən mərhələdə bu qədər zəhmli rəqiblə oynamaq yaxşıdır?
- Əlbəttə ən yaxşısı onlarla yarımfinal və ya finalda qarşılaşmaqdır. Əgər beə alınıbsa, oynamaq lazımdır. Biz çempionatda da Neftçi ilə rəqabət aparırıq və kubokda da münasibətlərimizi ayırd etmək lazım gələcək. Komandamız istənilən vaxt onlarla qarşılaşmağa hazırdır. Düşünürəm ki, çox maraqlı mübarizə olacaq.
 
- Kubok və çempionat arasında seçim etmək lazım gəlməyəcək?
- Bizim üçün hər iki turnir vacibdir. Gizlətmirəm ki, komandamız qarşısında hər iki turniri qazanmaq vəzifəsi var. Niyə də biz “qızıl dubl” etməyək?
 
- Demək belə çıxır ki, çempionatda Xəzər Lənkəran ancaq Neftçi ilə rəqabət aparır? Bəs digər rəqiblər haradadır?
- Siz AZAL-ı unutdunuz. Onların nəfəsini kürəyimizdə hiss edirik. Bakı da hələ öz sözünü deyəcək. Qarabağ`ı da hesabdan silməyin. Qəbələ də özünə gəlir. Belə ki, rəqiblər yetərincədir.
 
- Növbəti turdakı rəqibiniz Gəncə`ni qeyd etmədiniz...
- Bu komanda ilk dövrədə bizi 4:1 hesabı ilə məğlub edib. Bizi çox qəzəbləndiriblər. Bu oyunu hələ unutmamışıq. Hələ qisas almaq, günahımızı yumaq şansımız var. Həm də bizə üç xal lazımdır.
 
- Necə düşünürsünüz, o məğlubiyyətin səbəbi nə idi?
- Oyun alınmadı. Gəncə gözlədiyimizdən yaxşı oynadı. Heyətlərində səhvləri bağışlamayan təcrübəli futbolçular var. Lənkəranda hər şey başqa cür olacaq. Görəcəksiniz, burada ancaq Gəncə səhv edəcək.
 
- İlin yekunlarına görə birinci pilləyə qayıdış barədə düşünmürsünüz?
- Düzünü desəm, biz öz oyunumuz haqda düşünürük. Əlbəttə fasiləyə birinci kimi getməyimiz yaxşı olardı. Həmçinin əsas rəqiblərimizin xal itirməsi də vacibdir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.