9 dekabr 2010 17:53
Berti Foqts Qarabağ`ın oyunçularını yenə milliyə çağırdı
Dekabrın 13-dən 16-dək Bakı şəhərində Azərbaycan milli komandasının təlim-məşq toplanışı keçiriləcək. Azerisport.az xəbər verir ki, artıq millimizin baş məşqçisi Berti Foqts hazırlıq prosesinə dəvət etdiyi futbolçuların siyahısını açıqlayıb.
Maraqlıdır ki, almaniyalı Qaraba`ğın da futbolçularını toplanışa dəvət edib. Lakin hamısını yox. Halbuki, Ağdam klubunun rəhbərliyi buna görə AFFA-ya müraciət edəcəklərini, futbolçularının yorğun olması səbəbindən, əsas komandaya buraxılmayacağını iddia edirdi.
Qarşıdakı toplanışa cəlb olunan futbolçuların tam siyahısı belədir:
Aqil Məmmədov, Səlahət Ağayev, Andrey Popoviç, Vurğun Hüseynov, Aqil Nəbiyev, Ruslan Əmircanov, Novruz Məmmədov, Arif Daşdəmirov, Amit Quluzadə, Araz Abdullayev, Elvin Məmmədov, Cavid Hüseynov, Babək Nəbiyev, Samir Zərgərov, Elnur Abdullayev, Əziz Quliyev, Cavid İmamverdiyev, Arif İsayev, Fərid Quliyev, Rauf Əliyev, Branimir Subaşıç.
