9 dekabr 2010 11:34

Arif Əsədov Xəzər Lənkaran`la oyunu düşünmür

Neftçi`nin baş məşqçisi Arif Əsədov klubun rəsmi saytına açıqlama verib. Azerisport.az xəbər verir ki, o, həm Gəncə ilə son oyun, həm də qarşıdakı hazırlıq planları ilə bağlı fikirlərini dilə gətirib:
 
“Gəncə ilə oyunun çətin olacağını bilirdik. Çünki, kubokun bu mərhələsi bir oyundan ibarət idi. Həmin matçın evdə yaxşı təsir bağışlayan Gəncə  ilə olması da yaddan çıxmamalıdır. Rəqib döğma meydanında güclü oyun nümayiş etdirir. Bizim ölkə Premyer Liqasında olduğu kimi, kubokda da yeganə hədəfimiz 1-ci olmaqdır. Gəncə ilə görüşdə meydançaya 7 yerli futbolçu buraxdıq. Əgər vurulan qollara diqqət etsəniz görərsiniz ki, 3 qoldan ikisini gənc futbolçularımız Cavid İmamverdiyevlə, Mirhüseyn Seyidov vurub. Bu bizim vacib matçlarda belə gənclərə necə inandığımızı göstərir”.
 
Arif Əsədov həmçinin qeyd edib ki, Neftçi`də artıq komanda bir mexanizm kimi işləyir: “Yəni bizim oyunumuz hər hansı bir oyunçudan asılı deyil. Mən hər zaman belə sistemin tərəfdarı olmuşam. Bu vəziyyətdə rəqabətdə qalib gələn futbolçu əsas heyətdə oynayır”.
 
Paytaxt klubunun çalışdırıcısı sonda Xəzər Lənkəran`la növbəti mərhələnin oyununa da toxunub: “Kubokun 1/4 finalında Xəzər Lənkəran`la qarşılaşacağıq. Bu mərhələ iki oyundan ibarətdir. Təbii ki, yeganə hədəfimiz yarımfinala yüksəlməkdir. Lakin, Lənkaran təmsilçisi ilə görüşə hazırlaşmaq üçün xeyli vaxtımız var, hazırda bu oyunu düşünmürük. İndi bütün diqqətimizi Premyer Liqaya yönəltmişik . Artıq bu gündən Bakı ilə növbəti görüşün hazırlıqlarına başlamışıq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.