9 dekabr 2010 11:40
AZAL Zarya və Obolon`la qarşılaşacaq
AZAL-ın gələn ilin yanvarında Antalyada keçirəcəyi toplanış zamanı yoxlama oyunlarında qarşılaşacağı iki rəqibin adı məlum olub. Azerisport.az xəbər verir ki, təşkilatçıların kluba təqdim etdiyi qrafikə əsasən komandamız Ukraynanın güclülər dəstəsinin təmsilçisiləri - Zarya və Obolon` la görüşəcək.
AZAL ilk matçını yanvarın 21-də Zarya`ya qarşı keçirəcək. Futbolçularımız 3 gün sonra isə Obolon`u sınağa çəkəcək. Qeyd edək ki, hər iki oyun Titanik otelinin stadionunda keçiriləcək.
