9 dekabr 2010 11:52
Berti Foqts: Hər şeyə görə onları günahlandırmaq olmaz
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Bild nəşrinə müsahibə verib. Azerisport.az xəbər verir ki, o, ölkəsindən olan jurnalistlərə vaxtilə şərəfini qoruduğu Münhenqladbax Borussia`sının hazırkı durumundan narahatlığını dilə gətirib:
“Mən doğma klubumun hazırkı vəziyyətinə görə çox narahatam. Xeyli müddət mən bu məsələ haqda ictimaiyyətə açılqama vermək istəmədim və düşündüm ki, zamanla hər şey düzələr. Ancaq belə davam edə bilməz. Əksinə bütün həqiqətləri açıb-danışmaq, komandadakı xaosu bəyan etmək lazımdı. İdman direktoru bütün gunaı futbolçularda görür. Halbuki bu inandırıcı görünmür ki, bütün günah oyunçularda olsun. Əlbəttə, futbolçular arasında da oyun intizamsızlığı hökm sürür. Buna görə də, beş qırmızı vərəqə alan oyunçular olur. Ancaq hər şeyə onları günahlandırmaq da olmaz”.
