9 dekabr 2010 12:08
ÇL-in qrup mərhələsi: kim, hara?
Dünən gecə UEFA Çempionlar Liqasının qrup mərhələsinə yekun vuruldu. Azerisport.az xəbər verir ki, 8 qrupda yer alan 32 klubun hamısının taleyinə aydınlıq gəlmiş oldu.
Nəticədə qrup qalibi kimi, ÇL-in pley off mərhələsinə vəsiqə qazanan klublar bunlar oldu: Tottenham, Manchester United, Chelsea (hamısı İngiltərə), Barcelona, Real Madrid (hər ikisi İspaniya), Schalke, Bayern München (hər ikisi Almaniya), Shakhtar Donetsk (Ukrayna).
Pley-off mərhələsinə qrup ikincisi kimi vəsiqə qazananlar isə bunlardır: Inter, Milan, Roma (hamısı İtaliya), Olympique Marseille, Olympique Lyonnais (hər ikisi Fransa), Valencia (İspaniya), København (Danimarka), Arsenal (İngiltərə).
ÇL-i tərk etməsinə rəğmən, qrup üçüncüsü olduqlarına görə, aşağıdakı klublar da Avropa Liqasında mübarizə aparmaq hüququ qazandılar: Twente, Ajax (hər ikisi Hollandiya), Benfica, Braga (hər ikisi Portuqaliya), Rangers (Şotlandiya), Rubin, Spartak Moskva (hər ikisi Rusiya), Basel (İsveçrə).
Qrup sonuncusu olaraq, qitə miqyaslı yarışlara tam olaraq əlvida deyən iştirakçılar isə bunlar oldu: Werder (Almaniya), Hapoel (Təl-Əviv, İsrail), Bursaspor (Türkiyə), Panathinaikos (Yunanıstan), CFR Cluj (Rumıniya), Zilina (Slovakiya), Auxerre (Fransa), Partizan (Serbiya).
Sonda onu da vurğulayaq ki, həm ÇL-in, həm də Avroliqanın pley-off mərhələsinin püşkatması dekabrın 17-də keçiriləcək.
