9 dekabr 2010 12:23
“Azərbaycanla oyundan sonra söylədiyim bəzi sözlər həyəcan doğurur”
Türkiyə millisinin və Fenerbahçe`nin yarımmüdafiəçisi Emre Belözoğlu ölkəsindən olan jurnalistlərə maraqlı müsahibə verib. Azerisport.az xəbər verir ki, Bakıda millimizə yenilgidən sonra futboldan getmək istədiyini bəyan edən təcrübəli futbolçu, bir daha həmin sözlərini xatırlayıb və bunları dilə gətirib:
“Bizdən sonra gələcək oyunçuların milli komanda anlayışını dərk etmələri üçün yığma karyeramı bitirməyi düşünürəm.Gələcək nəsil yığmada oynamaq məsuliyyətini daha çox hiss etməlidirlər. Lakin hələ bu haqda rəsmi qərarımı açıqlamamışam. Qarşıdakı günlərdə keçirəcəyim bəzi görüşlərdən sonra qəti qərarımı verəcəyəm. Azərbaycanla oyundan sonra söylədiyim bəzi sözlər həyəcan doğurur. Doğrudur, mən milli komandadan getmək istədiyimi demişdim. Lakin bu o demək deyil ki, mən Türkiyə yığmasına qarşı biganəyəm. Əsla! Əgər nə vaxtsa mənə ehtiyac duyularsa, yaşım neçə olursa, olsun hər an millidə oynamağa hazıram”.
