9 dekabr 2010 12:31
Millimizin baş məşqçisi Köln`də çalışmaqdan imtina etdi
Millimizin baş məşqçisi Berti Foqts Almaniyanın Köln klubunda işləmək təklifinə münasibət bildirib. Azerisport.az xəbər verir ki, komandamızın çalışdırıcısı hətta bu klubda idman direktoru vəzifəsi boş olsa belə, orda çalışmaq haqda düşünmədiyini dilə gətirib:
“Açıq deyirəm, Münhenqladbax Borussia`sında 14 il top qovan biri kimi, Köln`də işləmək haqda qətiyyən düşünmürəm”.
