9 dekabr 2010 00:41
Rusiyalı azarkeşlər ÇL oyununda aləmi bir-birinə qatdı
Çempionlar Liqasının F qrupunun bu dəqiqələrdə gedən Zilina - Spartak (Moskva) oyununda qalmaqal yaranıb. Azerisport.az xəbər verir ki, buna səbəb Slovakiyaya təşrif buyuran qonaq komandanın azarkeşləri səbəb olub.
Belə ki, oyunun 4-cü dəqiqəsində arenaya toplaşan xeyli sayda rus tərəfdarın duman bombaları və digər partlayıcı maddələrdən istifadə edərək, onları meydana atması, oyunun təxirə salınmasıyla nəticələnib. Hətta futbolçular və hakimlər soyunub-geyinmə otağına yollanmaq məcburiyyətində qalıblar. Vəziyyət yalnız qonaq komandanın üzvlərinin azarkeşlərinə müraciətindən sonra düzəlib. Nəticədə qarşılaşma təxminən 20 dəqiqəlik gecikməylə davam etdirilib.
