10 dekabr 2010 12:55
AFFA dünya çempionatı üçün talisman axtarışına başladı
Məlum olduğu kimi, 17 yaşadək qızlardan ibarət komandalar arasında dünya çempionatının final mərhələsi 2012-ci ildə Azərbaycanda keçiriləcək. Azerisport.az xəbər verir ki, bununla əlaqədar, qeyd olunan çempionatın talismanı hazırlanacaq.
AFFA bu məqsədlə azarkeşlərin fikir və təkliflərini öyrənmək istəyindədir. Bunun üçün U-17 qızlar arasında DÇ-2012-nin talismanı ilə bağlı təklifi olan şəxslərdən AFFA-ya müraciət etmələri xahiş olunub.
