10 dekabr 2010 13:36

Beşiktaş Sadıqovun komandasıyla oyuna 17 futbolçuyla getdi

Türkiyə Superliqasının 16-cı turunda Eskişehirspor ilə qarşılaşacaq Beşiktaş səfərə cəmi 17 futbolçu ilə çıxıb. Azerisport.az xəbər verir ki, bu haqda xəbəri qardaş ölkə mətbuatı yayıb.
 
Adətən səfərə oyun günü çıxmağa üstünlük verən baş məşqçi Bernd Şuster millimizin kapitanı Rəşad Sadıqovun çıxış etdiyi Eskişehirspor`la oyun ərəfəsində də eyni addımı atıb. Onun bu səhər açıqladığı heyət isə demək olar ki, döyüşdə qırılan ordunu xatırladır. Məsələ burasındadır ki, Fatih Tekke, Yusuf Şimşek, Rıdvan Şimşek kimi icazəli oyunçularla yanaşı, zədələri olan Kuaresma, Bobo, Nobre, Ferrari, Rüştü Reçber, Ekrem Dağ, Nihat Kahveci və Onur Bayramoğlu bu axşam keçiriləcək səfər oyununa aparılmayıb. Nəticədə Beşiktaş həmyerlimizin komandasıyla oyuna cəmi 17 oyunçuyla gəlib ki, bu da heç matçın iştirak ərizəsini tam doldurmağa imkan vermir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.