10 dekabr 2010 01:23
Gəncə XL-la oyun öncəsi ciddi itkiylə üzləşdi
Gəncə`nin təcrübəli yarımmüdafəçisi Ceyhun Sultanov sıradan çıxıb. Azerisport.az xəbər verir ki, orta sahə oyunçusu Premyer Liqanın 17-ci turunun Xəzər Lənkəran`la səfər oyununda iştirak edə bilməyəcək.
Buna səbəb, onun dekabrın 8-də keçirilən Neftçi ilə ölkə kubokunun qarşılaşmasında zədələnməsidir. Müayinə nəticəsində məlum olub ki, futbolçu bir müddət müalicə olunmalıdır. Onun meydana dönüşü təxminən 10 gün sonraya planlaşdırılır.
