10 dekabr 2010 13:51
Moldovalılar Azərbaycanda top qovan oyunçularından imtina etdilər
Futbol üzrə Moldova millisi də yanvarda Birləşmiş Ərəb Əmirliklərinə təlim-məşq toplanışına gedəcək. Azerisport.az xəbər verir ki, yanvarın 27-də baş məşqçi Qabi Balintin yetirmələri Danimarka yığmasıyla yoldaşlıq görüşü keçirəcək. Hansı ki, danımarkalılarla AFFA rəhbərliyi də danışıqlar aparır və Dubay toplanışında bu komandayla sınaq matçında qarşılaşmağımız istisna olunmur.
Moldovalıların çalışdırıcısı artıq Danimarka ilə oyun üçün heyəti də açıqlayıb. Lakin həmin heyətə yalnız Moldovanın yüksək liqasında çıxış edən yerli futbolçular çağırılıb. Legionerlər, həmçinin Azərbaycan Premyer Liqasında top qovan moldovalılar Dubay toplanışına dəvət almayıb.
