10 dekabr 2010 14:26
Bahodir Nasimov Özbəkistanda ilin futbolçusu olmağa yaxındır
Neftçi`nin hücumçusu Bahodir Nasimov Özbəkistanda ilin futbolçusu seçilməyə çox yaxındır. Azerisport.az xəbər verir ki, cari mövsüm Premyer Liqamızda vurduğu 14 qolla bombardir olan oyunçu hazırda ölkəsinin futbol federasiyasının rəsmi saytının keçirdiyi sorğuda ikinci yerdə gedir.
Sorğuya nə vaxt yekun vurulacağı isə hələlik bilinmir. Nasimovun bu səsvermədə rəqibləri isə cəmi 4 özbək oyunçudur. Hazırda səsvermənin nəticələri belədir:
Sərvər Jeparov (723 səs)
Bahodir Nasimov (581)
Adil Ahmedov (557)
Jasur Hasanov (485)
Maksim Şatskix (173)
