10 dekabr 2010 14:50
“Rəqiblərimiz bizə qarşı mübarizə aparanda möcüzəli şəkildə dəyişirlər”
Neftçi`nin və milli komandamızın müdafiəçisi Ruslan Abışov Premyer Liqanın 17-ci turu çərçivəsində qarşılaşacaqları `Bakı` ilə oyun ərəfəsində fikirlərini bölüşüb. Azerisport.az saytına müsahibəsində gənc futbolçu bunları dilə gətirib:
“Rəqibimizin hazırda heç də yaxşı vəziyyətdə olması bizi qətiyyən sakitləşdirmir, arxayınlaşdırmır. Bizimlə oyuna qədər zəif görünən klublar bizə qarşı mübarizə aparanda möcüzəli şəkildə dəyişirlər. Hətta təəccüblənirsən. Birinci dövrədə də onlar yaxşı vəziyyətdə deyildilər. Amma bizə qarşı hətta layiqli oyun sərgilədilər. Onda biz qələbə qazana bilmişdik. Ümid edirəm ki, bu dəfə də elə olacaq. Qələbədən başqa, heç bir yolumuz yoxdur. Xəzər Lənkəran bizdən bir xal geridədir. Ona görə də birinci yerdəki mövqeyimizi qorumaq üçün xal itirməməliyik. Qış fasiləsi ərəfəsində xal itkisi arzuolunmazdı”.
