10 dekabr 2010 15:00
Rəşad Sadiqov: Artıq Turan` yenilgidən sonra özümüzə gəlmişik
Qarabağ`ın və milli komandamızın yarımmüdafiəçisi Rəşad Sadiqov Premyer Liqanın 17-ci turu çərçivəsində sabah qarşılaşacaqları `Simurq`la oyun ərəfəsində komandasının şanslarını dəyərləndirib. Azerisport.az saytına açıqlamasında təcrübəli futbolçu bunları vurğulayıb:
“Rəqibimiz də hazırda yaxşı vəziyyətdə deyil. Onlar da ölkə kubokunda məğlubiyyətlə üzləşiblər. Biz artıq `Turan`a yenilgidən sonra özümüzə gəlmişik. Çalışırıq ki, qarşıdakı oyunda qələbə qazanaq və ilk `altılığ`a düşmək yolunda mübarizəmizi davam etdirək. Çünki bu, bizim Avropa Liqasına vəziqə qazanmaq üçün yeganə şansdır”.
