10 dekabr 2010 15:11
10 dekabr - Ümumdünya futbol günüdür
10 dekabr - Ümumdünya futbol günüdür. Azerisport.az xəbər verir ki, bu bayram Birləşmiş Millətlər Təşkilatının qərarına əsasən təsis edilmişdir.
Qeyd edək ki, futbol bütün dünyada ən populyar idman növü sayılır. Futbol günü idmançıları və idmanın bu növünün sadiq azarkeşlərini birləşdirən bayramdır. Azərbaycanda futbolun əsası 1911-ci ildə qoyulub, ilk çempion isə Bakının `Cənub inşaatçısı` komandası olmuşdur.
pfl.az
