10 dekabr 2010 15:49
Moskva `Spartak`ı azərbaycanlı futbolçunu transfer edir
`Saturn` azərbaycanlı futbolçusu Emin Mahmudovu Moskva `Spartak`ına satır. Azerisport.az Rusiya mətbuatına istinadən xəbər verir ki, artıq paytaxt klubu buna görə qarşı tərəfə rəsmi təklif də ünvanlayıb.
Lakin 18 yaşlı yarımmüdafiəçinin gələcək aqibəti hələlik sual altındadır. Məsələ burasındadır ki, `Saturn` hazırkı maliyyə problemlərini yoluna qoya bilsə və kompaniyaya olan borcunu ödəsə, o zaman Emin hazırkı komandasında qalacaq. Ancaq bunu bacarmasalaq, çıxış yolu kimi, Mahmudovun satılması variantı da gözdən keçirilir.
