10 dekabr 2010 16:11
Elvin Məmmədov: Buna heç kimin şübhəsi olmasın
`Qarabağ`ın və millimizin üzvü Elvin Məmmədov `Simurq`la oyunöncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, yarımmüdafəçi klubun rəsmi saytına açıqlamasında bunları dilə gətirib:
“Simurq daim öz meydanında döyüşən komandadır. Üstəlik, son turda səfərdə `Bakı`nı məğlub edərək ruh yüksəkliyi qazanıblar. Bizə qarşı da `vuruşacaq`lar. Amma biz də meydandan 3 xalla ayrılmaq istəyirik. `Qarabağ` heç vaxt Zaqatala da qələbə qazana bilməyib. Hər bir komandanın eniş vaxtı olur. Bəlkə də, bizim bu enişi erkən yaşamağımız daha yaxşı oldu. Toparlanmaq üçün şansımız oldu. `Turan`la oyunu isə artıq unutmaq lazımdır. Bu oyunu fikirləşmək bizim ziyanımıza işləyər. Ona görə də daim qabağa baxmaq lazımdır. Bu mövsüm qol vurmamışam. Düzdü, təki komanda qələbə qazansın. Amma çox istərdim ki, Zaqatalada siftə edim. `Qarabağ`ın ilk “altılığ”a düşəcəyinə şübhə etmirəm. Biz çətin günləri arxada qoyacağıq. Buna heç kimin şübhəsi olmasın”.
