10 dekabr 2010 17:26
Lənkəranlı futbolçu Spartak`a transferinə münasibət bildirdi
Rusiyanın `Saturn` klubunun 18 yaşlı azərbaycanlı yarımmüdafiəçisi Emin Mahmudov Moskva `Spartak`ına mümkün keçidinə münasibətini bildirib. Azerisport.az xəbər verir ki, Rusiya mətbuatı əslən azərbaycanlı oyunçuya paytaxt klubunun rəsmi təklif göndərdiyini yazsa da, gənc yarımmüdafiəçi gəzən xəbərləri təkzib edib:
“Təklif haqda heç bir şey eşitməmişəm. Məni `Saturn`da hər şey qane edir. Karyeramı məhz bu komandada davam etdirmək istəyirəm və inanıram ki, klub tez bir zamanda bütün problemləri yoluna qoyacaq”.
Qeyd edək ki, Emin Lənkəranda doğulsa da, sonradan ailəsiylə Rusiyaya köçüb və bu ölkənin vətəndaşlığını daşıyır.
