10 dekabr 2010 11:07

PFL Premyer Liqanın təqvimində dəyişikliklər etdi

Peşəkar Futbol Liqası Premyer Liqanın cari mövsümünün təqvimində bir sıra dəyişikliklərə əl atıb. Azerisport.az xəbər verir ki, buna, elitada çıxış edən əksər klubların PFL-ə ünvanladıqları məktubda qarşıdan gələn bayramlarla əlaqədar olaraq 19-cu turun oyunlarının daha tez tarixdə keçirilməsini xahiş etmələri səbəb olub.
 
Qeyd edək ki, hələ bir müddət öncə elita klublarında çıxış edən legionerlər öz ölkələrinə daha tez yollanmaq üçün 19-cu turun oyunlarının daha tez keçirilməsi üçün fəaliyyətə keçmişdilər. Məhz bu səbəbdən PFL prezidenti Ramin Musayev 19-cu turun aşağıdakı oyunlarının 23 dekabr 2010-cu il (cümə axşamı) tarixində keçirilməsinə qərar verib:
Neftçi – Turan
İnter – Gəncə
Xəzər Lənkəran – Qarabağ
Muğan – AZAL
Simurq – MOİK
 
Bu turun Qəbələ – Bakı görüşü isə 25 dekabr tarixində - şənbə günü oynanılacaq.
 
PFL prezidentinin digər qərarı ilə Premyer Liqanın 18-ci turunun Qarabağ – Muğan matçı 19 dekabr 2010-cu il tarixindən 18 dekabr 2010-cu il tarixinə keçirilib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.