10 dekabr 2010 11:31
Ruslan Poladov da Xəzər Lənkəran`ın tarixinə düşdü
Azərbaycan kubokunun 1/8 final mərhələsinin MKT-Araz ilə oyununda Xəzər Lənkəran`ı kapitan kimi meydana çıxaran Ruslan Poladov ilk dəfə bu şərəfə nail olub. Azerisport.az cənub klubunun rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi bununla da komandanın tarixinə düşüb. Belə ki, indiyədək heç vaxt meydana kapitan sarğısı ilə çıxmayan Poladov buna nail olan 18-ci futbolçu olub.
Qeyd edək ki, bu mövsüm XL-ı 5 kapitan meydana çıxarıb. Ruslandan əvvəl Kamran Ağayev, Alim Qurbanov, Xaqani Məmmədov, Rahid Əmirquliyev də buna nail olublar. Onlardan 3-ü – Xaqani, Rahid və Ruslan ilk dəfə bu mövsüm həmin postda debüt ediblər.
XL-ın bütün kapitanları
1 Mahmud Qurbanov 59
2 Kamran Ağayev 51
3 Emin Quliyev 25
4 Samir Əliyev 24
5 Zaur Ramazanov 23
6 Dmitri Kramarenko 19
7 Arif Əsədov 14
8 Elmar Baxşıyev 10
9 Bəxtiyar Musayev 4
10 Alim Qurbanov 3
11 Füzuli Məmmədov 2
12 Junior Osvaldo 2
13 Aleksandr Martyoşkin 1
14 Ədəhim Niftəliyev 1
15 Rəşad Abdullayev 1
16 Rahid Əmirqulıiyev 1
17 Xaqani Məmmədov 1
18 Ruslan Poladov 1
