10 dekabr 2010 23:52

Rəşad Sadıqovun komandası Beşiktaş`a şok yaşatdı (YENİLƏNİB)

Bu gün Türkiyə çempionatında 16-cı turun oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, tur millimizin kapitanı Rəşad Sadıqovun çıxış etdiri Eskişehirspor`la Beşiktaş arasındakı qarşılaşmayla start götürüb. Belə ki, həmyerlimizin komandası doğma azarkeşlərinin gözü qarşısında güclü rəqibi ilə münasibətlərinə aydınlıq gətirib.
 
Bakı vaxtı ilə saat 22:00-da start götürən qarşılaşmada Sadıqovun iştirakı sual altındaydı. Məsələ burasındadır ki, Fenerbahçe ilə oyunda zədə alandan bəri heyətə qayıda bilməyən həmyerlimizin yalnız növbəti turda oynaması planlaşdırılırdı. Lakin baş məşqçi Bülent Uyğun həmyerlimizin adını matçın iştirak ərizəsinə daxil etmişdi. Buna baxmayaraq, gözlənildiyi kimi, millimizin üzvü bu dəfə də ehtiyatda qaldı. Matça gəlincə, Rəşadın oyundaşları bu dəfə daha böyük uğura imza atıblar. Güclü rəqibin qapısından 2 cavabsız top keçirən eskişehirlilər turun sensasiyayla start götürməsinə səbəb olublar.
 
Qeyd edək ki, hazırda həmyerlimizin komandası 19 xalla 11-ci, Beşiktaş isə 27 xalla 5-ci pillədə qərarlaşıb.
 
Eskişehirspor - Beşiktaş - 2:0 (0:0)
Qollar: Veysel Sarı, 62 (1:0), Sezer Öztürk, 79 (2:0).
Matçın 40-cı dəqiqəsində qonaqların ulduz futbolçusu Quti ikinci sarı - qırmızı vərəqə alaraq meydandan qovulub.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.