10 dekabr 2010 12:01
XL Gəncə`ylə oyuna itkisiz hazırlaşır
Xəzər Lənkəran Premyer Liqanın növbəti turunda qarşılaşacağı Gəncə ilə oyunun hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, cənub təmsilçisi dünən Lənkəran şəhər stadionunun yardımçı meydançasında məşqə çıxıb. Bütün futbolçuların qatıldığı məşqi azarkeşlərlə birgə klubun prezidenti Mais Mənsimov da izləyib.
